Samuxda döyülmə faktı qeydə alınıb.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində baş verib. 1974-cü il təvəllüdlü A. Nərimanova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın kürəkəni tərəfindən döyülüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov