Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 900 m² (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxində havatəmizləyici qurğunun mühərriki və içərisində yağ qalıqları yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a verilən məlumata görə, şadlıq sarayı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.