Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində İmişli rayon sakiləri - Ağayev Məmmədalı Ələsgər oğlu, Ağayeva Təranə Mikayıl qızı və Ağayev Şahid Məmmədalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.