Türkiyənin Bolqarıstanla sərhədindəki İynəada sahillərində aşkar edilən mina zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mina sualtı müdafiə qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

***11:46

Bu gün səhər saatlarında Türkiyənin Bolqarıstan sərhədinə yaxın İynəada şəhərinin sahilində mina aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib  ki, bölgədəki Sualtı Müdafiə (SAS) qrupları hadisə yerinə cəlb olunub, minanın zərərsizləşdirilməsi üçün müdaxiləyə başlanılıb.