Rusiya qüvvələrinin martın 28-də Kiyevin Buçanski rayonunu atəşə tutması nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev regionunun polis rəisi Andrey Nebitov "Facebook" hesabında paylaşım edib.
O, Rusiya qüvvələrinin Buçanski rayonunu "Qrad" və minaatanlardan atəşinə tutduğunu qeyd edib və əlavə edib ki, rayonun atəşə tutulması nəticəsində 34 ev zədələnib.