Nasizmi yaymaqda və Belarusun dövlət rəmzlərini təhqir etməkdə ittiham olunan belaruslu rəssam Ales Puşkin həbs olunub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, sənətçi 5 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq xüsusilə müəyyən edib ki, Puşkin nasist cinayətkarlarının şəriklərinin portretlərini hazırlayıb ictimai obyektə yerləşdirib. O, həmçinin 2021-ci il martın 21-dən 24-dək Kiyevdə Belarusun dövlət rəmzlərini təhqir edən təqdimat keçirməkdə ittiham olunur.
Məlumatda vurğulanır ki, təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli islah koloniyasında çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Puşkin daha əvvəl də eyni səbəbdən iki il şərti cəza alıb. Rəssam məbədlərin rənglənməsi ilə də tanınır. 2020-ci ildə keçirilən prezident seçkilərinə qarşı etirazlarda da iştirak etdiyinə görə Puşkin inzibati həbs cəzası çəkib.