“Rusiya Ukraynanın Xarkov regionunun şərqində piyada əleyhinə qadağan edilmiş “POM-3” (Medallion) minalarından istifadə edib”.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bu barədə “Human Rights Watch” məlumat yayıb. Bildirilib ki, minalar martın 28-də Ukraynanın partlayıcı sursatların zərərsizləşdirilməsi qrupu tərəfindən aşkarlanıb.
“Rusiyanın 16 metr radiusda insanları fərq qoymadan öldürə və ya yaralaya bilən yeni yerləşdirilmiş bu minalara malik olduğu məlumdur”, - deyə HRW-nin məlumatında qeyd olunub.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri bu minalara, eləcə də onların daşınması sistemlərinə malik deyil.
Əlavə olunub istifadə edilən model Rusiyanın yeni inkişaf etdirdiyi “POM-3” minalarının yeni versiyasıdır. Seysmik sensorlarla təchiz edilən bu minalar insanların yaxınlaşmasını müəyyənləşdirərək havada partlayır. Nəticədə minadan ayrılan qəlpələr 16 metr radiusda ölümcül təsir yarada bilir.