Rusiya Müdafiə Nazirliyi martın 31-i saat 10:00-dan etibarən Mariupolda sükut rejimi elan edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.
O qeyd edib ki, Mariupoldan Zaporojyeyə evakuasiya üçün əlavə humanitar dəhliz açılacaq.
Mizintsevin sözlərinə görə, hazırkı gün üçün Ukrayna hakimiyyəti Zaporojye istiqamətində daha dörd marşrut elan edib.