Rusiya Dnepr çayının sahilinə raket zərbəsi endirib.

"Unikal" xəbər verir ki. bu barədə mignews.com məlumat yayıb.

Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk Dneprdə eşidilən partlayışlarla bağlı məlumatı şərh edib.

O bildirib ki, rus qoşunları Xerson vilayətindən təxribat törədib. Onlar Apostolovskayada qaz nəqli obyektlərini atəşə tutub. Dağıntı və təlafat barədə məlumat yoxdur.

Bundan əlavə, Dneprdə iki raket neft bazasına düşüb. Lukaşukun sözlərinə görə, obyekt dağıdılıb.

Raket qalıqları iki yanacaq daşıyan maşına ziyan vurub. Ölən və yaralanan olmayıb.