25 iyul 2021-ci ildə Tunis prezidenti Kays Səid fəaliyyətini dayandırdığı Nümayəndələr Palatasını buraxdığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Tunis Prezidenti sosial media hesabında video yayımlayıb.
Videoda danışan prezident Səid, “Tunis dövlətini və onun qurumlarını qorumaq üçün parlamenti buraxıram”, - deyib.
Parlamentin onlayn iclasını qanunsuz olaraq xarakterizə edən Səid parlamentariləri “uğurlu dövlət çevrilişi” təşkil etməkdə ittiham edib.