Ukraynada müharibə başlayandan indiyədək döyüşlərdə 148 uşaq həlak olub, 232 uşaq yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova məlumat yayıb .
“31 mart 2022-ci il saat 8-ə olan məlumata görə, Vahid İbtidai İstintaq Reyestrinə, eləcə də təsdiqi tələb olunan digər mənbələrə əsasən, Rusiya Federasiyasının Ukraynaya təcavüzündən sonra 148 uşaq ölüb, 232 uşaq yaralanıb", - deyə bildirib.
Hazırda Ukrayna şəhərlərində aktiv döyüş əməliyyatlarının aparılması ilə əlaqədar ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil.