Böyük Britaniyanın Hökumət Rabitə Qərargahı rəhbərliyi rus əsgərlərinin "əmrləri yerinə yetirməkdən imtina etdiyini, öz avadanlıqlarını sabotaj etdiyini və hətta təsadüfən öz təyyarələrini vurduğunu" bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı rəhbəri Ceremi Fleminq bugünkü çıxışı zamanı deyib.
"Vladimir Putinin Ukraynaya əvvəlcədən düşünülmüş hücumundan cəmi 36 gün keçir. Bu, sözün hər mənasında şok oldu. Amma bu, təəccüblü deyil. Biz bu strategiyanı əvvəllər də görmüşük. Biz kəşfiyyatın necə qurulduğunu gördük. İndi biz Putinin öz planını həyata keçirməyə çalışdığını görürük. Lakin bu, uğursuzluğa düçar olur. Onun B planı isə mülki şəxslərə və şəhərlərə qarşı daha çox vəhşilik olub", - Fleminq qeyd edib.
Kəşfiyyat rəhbəri onu da deyib ki, Rusiya hərbçiləri müharibə zamanı öz təyyarələrini vurub: "O, ( Vladimir Putin - red. ) ordusunun sürətli qələbə qazanmaq imkanlarını həddindən artıq qiymətləndirib. Biz silah və mənəvi cəhətdən çatışmayan rus əsgərlərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdığını, öz texnikalarını sabotaj etdiyini və hətta təsadüfən öz təyyarələrini vurduğunu gördük".
Çıxışda həmçinin Putindən qorxan müşavirlərin Rusiya ordusunun nə qədər pis fəaliyyət göstərdiyi barədə yanlış məlumat verməsi də deyilir.
Fleminqin sözlərinə görə, "Rus batalyonu verdikləri ağır itkilər səbəbindən komandirinin üzərindən tankla keçib".
Ağarza Elçinoğlu