Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.