Cənubi Koreyada iki "KT-1" adlı təlim təyyarəsi toqquşub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təlim təyyarələrinin toqquşması nəticəsində 3 pilot həlak olub.

Qəza nəticəsində 3 pilot həlak olub, daha biri isə ağır yaralanıb. Təyyarələr Seuldan təxminən 300 kilometr cənubda Saçeonda düyü tarlasına düşüb. Qəza yerinə 30-dan çox yanğınsöndürən və xilasedici göndərilib.

xxx

09:44

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələri qəzaya uğrayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, olay ölkənin cənubundakı Saçxon şəhərinin ətrafında baş verib.

Ağarza Elçinoğlu