Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib:
“Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.
*** 14:06
Bakıda gənc qız çoxmərtəbəli binanın eyvanından yerə düşüb.
"Unikal" “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.
Çoxsaylı xəsarətlər alan qadının durumu ağırdır.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Qadının özünü yerə atdığı, yaxud ehtiyatsızlıqdan yerə düşdüyü araşdırmalardan sonra məlum olacaq.