Ermənistan inventarında olan dörd “SU-30” tipli döyüş təyyarəsini erməni pilotlarla birlikdə Ukraynada istifadə olunması üçün Rusiyaya göndərib.
“Unikal” xəbər verir ki, bu barədə “Haber Global” süjet hazırlayıb.
Belə ki, Ermənistan həqiqətin ortaya çıxmasından sonra dünya ictimaiyyətini çaşdırmağa çalışıb. Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərin doğru olmadığını iddia edib. Ancaq texnologiya Paşinyanın iddiasını təkzib edib.
18 mart 2022-ci ildə çəkilmiş peyk görüntülərinin birincisində Ermənistandakı hava bazasında 4 “SU-30” tipli döyüş təyyarəsi görünüb.
Martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərə olub. Bu yeni görüntülərdə Rusiyaya göndərilən “SU-30” təyyarələri yoxdur. Onların olduğu yerdə “Miq-29” reaktivləri var.
“SU-30”lar “F-14” və “F-15” reaktivləri ilə rəqabət aparmaq üçün hazırlanıb. Ermənistan hərbi hava qüvvələrini gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd “SU-30” sifariş verib. Çatdırılma 2020-ci ilin may ayında edilib.
Ermənistan təyyarələri əvvəllər istifadə etmədən Rusiya ordusunun xidmətinə verib. Erməni pilotlarla Ukrayna müharibəsi üçün Rusiyaya reaktiv təyyarələr göndərilib.