Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qarayar kəndində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması zamanı rayon sakinləri - 1985-ci il təvəllüdlü Rəşad Əlimusa oğlu Abdəliyev və 1972-ci il təvəllüdlü Nadir Adil oğlu Məmmədov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)