Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu barədə "Unikal"a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib. Qeyd edilib ki, vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.