Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.

***

12:30

Bakı şəhəri Xətai prospektində yerləşən yaşayış binalarından birində yanğın başlayıb.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.