Putin ordusunun silahları və tankları heç vaxt Ukrayna xalqının ruhunu sındıra bilməyəcək.
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson "Twitter"də yerləşdirdiyi videoda bildirib.
"Vladimir Putinin arsenalında olan bütün tanklar və silahlar heç vaxt Ukrayna xalqının ruhunu sındırmayacaq və onlarınn Vətənini fəth etməyəcək. Britaniya heç vaxt dostlarımızı dəstəkləməkdən geri çəkilməyəcək və mən şübhə etmirəm ki, bu şəhidlik dövrü başa çatdıqdan sonra Ukrayna ayağa qalxacaq və bir daha azad və suveren xalqlar arasında yerini tutacaq", - Conson deyib.
O əlavə edib ki, Rusiya işğalında ukraynalılar yenilməz cəsarətlə vətənlərini müdafiə edirlər: "Biz Britaniyada ukraynalıların şücaətinə və vətənpərvərliyinə heyranıq. Bizim işimiz onlara dəstək olmaqdır".
Gülayə Mecid
Putin will never break the spirit of Ukraine’s people or conquer their homeland.
— Boris Johnson (@BorisJohnson) April 4, 2022
Ukraine will rise again and take her place among free and sovereign nations once more.
🇬🇧🇺🇦 pic.twitter.com/0VWziRkRGO