Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.

"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

xxx

18:22

Oğuz rayonunda meşəlik ərazidə yanğın başlayıb.​

"Unikal" xəbər verir ki, yanğın bu gün axşam saatlarında rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.

Bildirilir ki, bələdiyyə fonduna aid olan meşədə yanğın hələ də davam edir.