Mingəçevir şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Unikal” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.