Biləsuvarda ikimərtəbəli evdə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Zəhmətabad kəndində ümumi sahəsi 256 m² (hər mərtəbəsi 128 m² ) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 68 m² sahədə, ikinci mərtəbəsinin yanar konstruksiyaları 98 m² sahədə və çardağı 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.