Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirilən monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkar olunub.
Bu barədə "Unikal"a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub.
Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.