Neftçalada yol qəzasında iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə motosiklet toqquşub. Hadisə zamanı rayonun Mirqurbanlı kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərov Rövşən Əlmurad oğlu və daha bir nəfər müxtəlif xəsarətlər alıb.

R.Əsgərov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, digəri yüngül xəsarət aldığından ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)