Bakının Sabunçu rayonunda gənc oğlan bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

1994-cu il təvəllüdlü Gülməmmədov Umud Bəhman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır. / APA