Bakıda naməlum şəxs özünü dənizə atıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, özünü dənizə atan şəxsin adı açıqlanmayıb.