Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ruxsarə Xəlilovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.