Şəki şəhərində “Niva” və “Mercedes” markalı iki minik avtomobili toqquşaraq, yol kənarında dayanan “Hyundai” markalı maşına çırpılıb.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq, “Niva” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.