Xəbər verdiyimiz kimi, Gəncədə 16 yaşlı qız uşaq dünyaya gətirib.
"Unikal"ın əldə etdiyi məlumata görə, ailə L.Ə-ni doğuş ucuz başa gəlsin deyə ilk öncə Samux rayonuna aparıb. Təxminən 110 kiloqram çəkidə olan qız orada doğuş həyata keçirə bilməyib. Daha sonra yeniyetmə Gəncə şəhərinə gətirilib. Aprel ayının 9-da Gəncədə o, qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Hazırda 4 kq çəkidə olan uşağın və anasının vəziyyəti normaldır.
Qeyd edək ki, qıza 14 yaşında 1993-cü il təvəllüdlü Orucov İbrahim Rafiq oğlu ilə ailə daxilində toy mərasimi keçirilib.
Murad İbrahimli