Göyçay şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;