Xaçmaz rayonunun Şollar kəndində evdə yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.