Xəzər dənizində 3,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə "Unikal" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb.
Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.