Bakıda metroda ölüm hadisəsi baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun "Unikal"a verdiyi məlumata görə, hadisə saat 06:30 radələrində “Əhmədli” metrostansiyasında qeydə alınıb.
Bakı şəhər sakini 1955-ci il təvəllüdlü Zülfəli Kazımov platformada qatar gözləyərkən qəfil yerə yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadasının həkimləri cəlb olunub.
Həkimlər onun ürəktutmasından öldüyünü müəyyən edib.
Onun meyiti çıxarılaq adiyyatı üzrə təhvil verilib.