Şəmkirdə qatar iki nəfəri vurub.
"Unikal" xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryolu xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıblar.
Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.