Sosial şəbəkələrdə ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirən serjant İsmayıl Məmmədovun saxlanılma anını əks etdirən video yayılıb.
“Unikal” xəbər verir ki, hadisə anı bölmənin dəhlizində olan müşahidə kamerası tərəfindən görüntülənib. Videoda bölmədə çalışan polis əməkdaşlarının arvadını öldürən İ. Məmmədovu saxlaması görünür.