Abşeronda obyektdə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Məmmədli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli obyektin (ofis, yeməkxana) yanar konstruksiyaları 30 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.