Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz, Xızı, Salyan, Neftçala, Lənkəran, Astara rayonlarının akvatoriyasında, Şəmkir su anbarında və “Cənub” kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.
"Unikal" xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala şəhər sakinləri Elman Əsgərov, Əlizamin Sayılov, Xaçmaz rayon sakinləri Sokrat Zaidov, Kiçibəy Tağıyev, Xızı rayon sakinləri Mübariz Məmmədov, Ayaz Məmmədov, Salyan rayonu sakini Məzahir Bədəlov, Astara rayon sakini Elnur Məhərrəmov, Lənkəran rayon sakini Şahin Qənbərov və Tovuz rayon sakini Sahib Nəcəfov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə məbləğ isə cinayət tərkibi yaratdığından hazırda Şəmkir Xətt Polis Məntəqəsində araşdırma aparılır.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1909 metr uzunluğunda sintetik tor yığışdırılıb.