Ağstafada 22 yaşlı gənc intihar edib.
“Unikal” xəbər verir ki hadisə Həsənsu kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü N.İsmayılov yaşadığı evin həyətində özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələ məlum deyil.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalara başlanılıb.