Bu gecə vəfat etmiş maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə Bakıdakı Qurd Qapısı qəbirstanlığında dəfn edilib.
"Unikal" xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavinləri Elnur Əliyev, Niyazi Səfərov və Sahib Ələkbərov iştirak ediblər.
***
10:02
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə vəfat edib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, İlqar Fətizadə 1999-cu ildən Maliyyə nazirinin birinci müavini idi.
Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.