Hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrdə cəza çəkən qadın məhbusların və yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi tərəfindən qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa edilən penitensiar müəssisəsinə təşkil olunan mediatur zamanı açıqlama verilib.
Qeyd olunub ki, 4 saylı cəzaçəkmə müəssisədə ümumilikdə 426 qadın, yetkinlik yaşına çatmayanların Tərbiyə Müəssisində isə 21 nəfər cəza çəkir.