Rusiya ordusu Xarkov şəhərini atəşə tutub.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinegubov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.
“Xarkov sakinləri, sizdən xahiş edirəm ki, zərurət olmadıqca küçələrə çıxmayın”, - deyə Oleq Sinegubov vurğulayıb.