Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki,hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində rayon sakini, 1976-ci il təvəllüdlü Ağayev Vaqif Azadxan oğlu xəsarət alaraq, xəstəxanaya çatdırılıb. Bir nəfərin xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.