Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.
Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.
Texnikanı idarə edən Alim Fərzəliyev xəsarət almayıb.