Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, qəza şəhərin Mirəli Qaşqay və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinin sürücüləri xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.