Bakıda gözəllik və gül salonlarından 9 min manatlıq oğurluq edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iki gözəllik və bir gül salonundan orada işləyən 3 nəfərin 9 min manat dəyərində 5 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rövşən Rəhimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.