Bakı Mühəndislik Universitetinin itkin düşən III kurs tələbəsi Lamiyə Binnətova tapılıb. 

"Unikal" modern.az-a istinadən xəbər verir ki, tələbə qız aprelin 1-də sevdiyi oğlana qoşularaq rayonlardan birinə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.

Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:

"Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir".

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

Bakı Mühəndislik Universitetinin sözçüsü Elman Babayev isə Lamiyənin aprelin 1-i saat 16:50-də müəllimdən icazə alaraq dərsdən çıxdığını və geri qayıtmadığını bildirib. 

***

10:05

Bakı Mühəndislik Universitetinin tələbəsi itkin düşüb.

"Unikal" xəbər verir ki, Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

L.Binnətova BMU-nun Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsidir. O, aprelin 1-də saat 16:50 radələrində müəllimdən icazə alaraq universitetdən çıxıb, daha sonra dərslərə gəlməyib.

Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Ailə Daxili İşlər Nazirliyinə məlumat verib.

Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.