Müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə borc verdiyi və ona qaytarılmayan pulun məbləğini açıqlayıb. Nadir bildirib ki, indi ən yaxınlarına belə borc vermir.
"Borc istəyəndə əvvəl verirdim, yaxşı oğlan olurdum. Vaxtı gəlib çatır, qaytarmalısan. Geri istəyəndə pis adam olurdum", - deyə ifadə edib.
Müğənni aparıcı Zaur Kamalın "Mənə 5 min manat borc verərsən" sualına sənətçi "Varımdır, amma vermirəm. Qoy elə əvvəlcədən pis adam olum" cavabını verib.
Nadir "50, yoxsa 100 min pulun borcda batıb" sözlərinə "100 mindən çox pulum borcda batdı", reaksiyasını verib.