Bakıda əl qumbarası tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, əl qumbarası Bakıda "Qanun Nəşrlər Evi"nin yaxınlığında aşkarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinə xəbər verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.