Goranboyda avtomobil yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qaraçinar kəndində "ГАЗ" markalı yük avtomobilinin 2 ədəd təkəri və qismən ban hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.